...

Son 5 ayda 183 min şəxsə sosial təminat üzrə ödənişlər e-qaydada təyin edilib

Cəmiyyət Materials 17 İyun 2021 17:01 (UTC +04:00)
Son 5 ayda 183 min şəxsə sosial təminat üzrə ödənişlər e-qaydada təyin edilib

Bakı. Samir Əli - Trend:

183 min şəxsə sosial təminat növləri üzrə ödənişlər e-qaydada təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-may aylarında 57,2 min şəxsə sosial ödənişlərin, o cümlədən 12,6 min şəxsə pensiyaların, 44,6 min şəxsə müavinət və təqaüdün elektron qaydada təyinatı həyata keçirilib.

2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, sonralar 24 növ müavinət və təqaüdün təyinatı avtomatlaşdırılıb. Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə ehtiyac qalmadan, müvafiq sosial ödənişlər avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunur.

Ötən dövrdə ümumilikdə 183 min şəxsə həmin sosial təminat növləri üzrə ödənişlər e-qaydada təyin edilib. Onlardan 38,2 mini pensiya təyinatları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti