...

Tələbələrə təhsil krediti hansı faizlə və müddətə veriləcək?

Cəmiyyət Materials 18 İyun 2021 11:21 (UTC +04:00)
Tələbələrə təhsil krediti hansı faizlə və müddətə veriləcək?

Bakı. Elçin Mehdiyev – Trend:

Təhsil Tələbə Kredit Fondu tələbələrə krediti simvolik faizlərlə verəcək.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi 1-2 faiz olacaq.

O qeyd edib ki, öz hesabına təhsil alan tələbələr üçün isə standart paket tətbiq olunacaq və onun da faiz dərəcəsi müəyyən ediləcək: “Ancaq faizlər çox aşağı dərəcədə olacaq. Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən həssas sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin"

Nazir bildirib ki, Təhsil Tələbə Kredit Fondu tərəfindən verilən kreditlər uzunmüddətli olacaq:

"Kreditin müddəti müzakiə edilərək təsdiq olunmalıdır, ancaq uzun müddətə, təxminən 20 il ərzində tələbə həmin vəsaiti geri ödəyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti