...

I sinfə qəbulla bağlı apellyasiya müraciətlərinə başlanılır

Cəmiyyət Materials 7 İyul 2021 11:51 (UTC +04:00)
I sinfə qəbulla bağlı apellyasiya müraciətlərinə başlanılır

Bakı. Trend:

İyulun 5-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələrə start verilib. Müsabiqələr 15 iyul tarixinədək davam edəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, övladının müsabiqə nəticəsindən narazı olan valideynlərin apellyasiya müraciətlərini təqdim etmələri üçün Təhsil Nazirliyi tərəfindən [email protected] elektron poçt ünvanı yaradılıb.

Valideynlər iyulun 8-dən 16-dək [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti