...

Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib

Cəmiyyət Materials 28 İyul 2021 15:29 (UTC +04:00)
Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib

Bakı. Çingiz Səfərli - Trend:

Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 206/208 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda gecə saatlarında 4 ağacın kəsildiyi və təbiətə 2640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub.Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib. Kəsilmiş ağacların yerinə yeniləri əkilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti