...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 1 Avqust 2021 17:03 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 416 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 070 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 040 778, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 923 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 301 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti