...

Xəzər rayonunda maarifləndirmə tədbirləri və reydlər davam etdirilir (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2021 10:23 (UTC +04:00)
Xəzər rayonunda maarifləndirmə tədbirləri və reydlər davam etdirilir (FOTO)

Bakı. Trend:

Son günlər ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alınması ciddi narahatlığa səbəb olub. Bununla əlaqədar olaraq vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.

Tədbirlər çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrini karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, rayon ərazisindən keçən avtobuslarda, dayanacaqlarda və ticarət mərkəzlərində növbəti reydlər keçirilib.

Reydlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin, virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyətinin, mövcud obyektlərdə qoruyucu maskalardan istifadənin vəziyyəti yoxlanılıb, insanlar arasında sosial məsafənin qorunması məqsədilə maariflndirmə işləri aparılıb. Bundan əlavə, Xəzər Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və Xəzər rayonunun gənc könüllüləri tərəfindən vətəndaşlara “randevu.its.gov.az” saytından qeydiyyatdan keçmələri qaydalarını əks etdirən bukletlər paylanılıb.

Həmçinin, reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerindəcə aradan qaldırılır, pozuntulara yol verən ayrı-ayrı vətəndaşlar, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti