...

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

Cəmiyyət Materials 30 Avqust 2021 11:36 (UTC +04:00)
Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

Bakı. Çingiz Səfərli - Trend:

30 avqust saat 10:00-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 58207 elektron ərizə təsdiq edilib.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata görə, 2431 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti