...

Daha 49 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2021 15:43 (UTC +04:00)
Daha 49 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən müharibə əlilləri də daxil olmaqla daha 49 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, sağlamlıq imkanları məhdud uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Agentlik tərəfindən verilmiş yollayışlar əsasında yola salınan şəxslərdən bir hissəsi xəstəliklərinə uyğun olaraq “Duzdağ” Fizioterapiya Mərkəzi və “Darıdağ” Arsenli Su Müalicəxanasında, digər hissəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicəsi prosedurları keçəcəklər.

Agentlik tərəfindən 2021-ci ilin ötən dövründə ümumilikdə 863 imtiyazlı şəxs yollayışla təmin olunaraq bərpa-müalicə prosedurlarına cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti