...

Sentyabrın 13-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək (VİDEO)

Cəmiyyət Materials 11 Sentyabr 2021 00:01 (UTC +04:00)
Sentyabrın 13-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək (VİDEO)

Bakı. Trend:

Bu gündən sentyabrın 13-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Trend-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar sentaybrın 11-i saat 00:00-dan sentyabrın 13-ü saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də həmin müddət ərzində sərnişindaşıma dayandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti