...

Azərbaycanda 1 178 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib

Cəmiyyət Materials 23 Sentyabr 2021 16:35 (UTC +04:00)
Azərbaycanda 1 178 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 178 yeni yoluxma faktı qeydə alınıb, 2 322 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 477 587 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 444 053 nəfər müalicə olunaraq sağalıb, 6 394 nəfər vəfat edib, aktiv xəstə sayı 27 140 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 331, ötən müddət ərzində isə ümumilikdə 4 790 724 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti