...

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov

Cəmiyyət Materials 16 Oktyabr 2021 12:42 (UTC +04:00)
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov

Tərtər. Trend:

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb ki, onlardan biri qadın, biri uşaqdır.

Trend-in məlumatına görə, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələri ilə birgə Suqovuşan və Talış kəndlərinə səfər zamanı bildirib.

Onun sözlərinə görə, 44 günlük müharibə dövründə Tərtərdə 7050 sakinə məxsus əmlak və təsərrüfata ziyan dəyib:

"Dağılmış evlərdən 136-sı qalıb ki, onlarda da hazırda təmir gedir. Qısa müddətdə təhvil veriləcək".

Xatırladaq ki, oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil olunub. Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Bu diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə sayca 7-ci səfəridir. Budəfəki səfərdə məqsəd azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi dağıntılarla yanaşı, aparılan quruculuq işləri ilə tanışlıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti