...

Ələtdə Vətən müharibəsi şəhidi Abdullayev Balazadənin anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2021 15:59 (UTC +04:00)
Ələtdə Vətən müharibəsi şəhidi Abdullayev Balazadənin anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Abdullayev Balazadənin anım mərasimi keçirilib.

Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər,YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Vüqar Seyidov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasim iştirakçıları rayonun Ələt qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Abdullayev Balazadə Rafət oğlunun məzarı önünə əklil və gül dəstələri qoyuldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti