...

İlahiyyat İnstitutunun dekanı Beynəlxalq Türkologiya Konqresində onlayn iştirak edib (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2021 13:30 (UTC +04:00)
İlahiyyat İnstitutunun dekanı Beynəlxalq Türkologiya Konqresində onlayn iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova Əhməd Yəsəvi Universitetinin təşkilatçılığı ilə Qazaxıstanın Türkistan şəhərində keçirilən IX Beynəlxalq Türkologiya Konqresində onlayn formatda iştirak edib.

“Mədəniyyətdə davamlılıq kontekstində türklərin İslam anlayışında Əhli-Beyt təsəvvürü: türkdilli məqtəli-hüseynlər çərçivəsində bir dəyərləndirmə” mövzusunda məruzə ilə çıxış edən dosent E.Əzizovanın sözlərinə görə, türksoylu xalqların islamlaşma prosesində Həzrət Peyğəmbərə və ailəsinə qarşı sevgi və ehtiramın böyük yeri olub. Bildirib ki, tarix boyu türk xalqlarının Orta Asiyadan Şimali Afrikaya qədər qurduqları müsəlman dövlətlərin siyasi strukturundan, əhalisinin məzhəbindən və tarixi konyekturasından asılı olmayaraq, bu sevgi və hörmət digər tarixi-ədəbi mətnlərlə birlikdə məqtəli-hüseynlərin geniş yayılmasının əsas səbəbi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti