Bakı. Trend:
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 559 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 011, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 548 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 383 303, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 323 145 təşkil edir.