...

I qrupa informatika fənni 2023-cü ildə əlavə ediləcək - DİM sədri

Cəmiyyət Materials 28 Oktyabr 2021 12:47 (UTC +04:00)
I qrupa informatika fənni 2023-cü ildə əlavə ediləcək - DİM sədri

Bakı. Çingiz Səfərli - Trend:

İnformatika seçmə fənni 2023-2024-cü tədris ili üzrə qəbul imtahanlarına əlavə ediləcək.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, I qrupa İnformatika fənninin əlavə edilməsi prosesi III qrupa coğrafiya fənninin əlavə edilməsi ilə eyni olacaq:

"İnformatika yönümlü ixtisaslara qəbul olmaq istəyənlərin bu fənni seçmək imkanı olacaq. Hazırda bu istiqamətdə proqram hazırlanır. Gələn ilin əvvəllərində həmin proqram təqdim olunacaq. Biz ekspertləri və informatika müəllimlərini bu sahədə bizimlə əməkdaşlığa dəvət edirik".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti