...

20 nömrəli məktəbdə karantin daha 10 gün uzadılıb

Cəmiyyət Materials 30 Oktyabr 2021 12:28 (UTC +04:00)
20 nömrəli məktəbdə karantin daha 10 gün uzadılıb

Bakı. Çingiz Səfərli - Trend:

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə karantin müddəti daha 10 gün uzadılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, son günlərdə 20 nömrəli məktəb-liseyin daha bir neçə müəllim və şagirdinin COVİD-19 virusuna yoluxması faktı təsdiqini tapdığı üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən karantin müddəti uzadılıb.

Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti