...

Bərdədə toy məclislərində “COVID-19” pasportu olmayan şəxslər aşkar edilib

Cəmiyyət Materials 31 Oktyabr 2021 10:38 (UTC +04:00)

Bakı. Trend:

Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, yoxlamalar zamanı rayonun Zümürxan və İmamqulubəyli kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində “COVID-19” pasportu olmayan şəxslər aşkar edilib.

Aşkar edilən qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti