...

Sahil qəsəbəsində qanunsuz heyvan kəsimi yerləri aşkarlandı

Cəmiyyət Materials 2 Noyabr 2021 10:58 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Qaradağ rayonunun Sahil qəsəbəsində qanunsuz heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlik əməkdaşları antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və rayon rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Qaradağ rayonunun Sahil qəsəbəsində reydlər keçirib.

Reyd zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi yerlər aşkar edilib.

Belə ki, baytarlıq nəzarəti həyata keçirilmədən ət məhsullarının satışa çıxarıldığı məlum olub.

Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.

Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirilmələri üçün zəruri məlumatlar verilib.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti