...

“Aura” şadlıq sarayının rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 11 Noyabr 2021 19:18 (UTC +04:00)
“Aura” şadlıq sarayının rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib

Bakı. Çingiz Səfərli - Trend:

Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində fəaliyyət göstərən “Aura” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti