...

Buster dozada eyni və ya fərqli vaksin vurula bilər - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 17 Noyabr 2021 15:58 (UTC +04:00)

Bakı. Çnigiz Səfərli - Trend:

Buster dozada eyni və ya fərqli vaksinin vurulmasının heç bir problemi yoxdur.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19" mövzusunda çıxışında deyib.

O bildirib ki, respublikamızda çox insan var ki, hər üç dozanı eyni vaksindən alıb, amma bir hissəsi də fərqli vaksin qəbul edib.

"Bunun heç bir fərqi yoxdur və effektivliyi də bir-birindən fərqlənmədiyi üçün tövsiyə olunur. Yan təsirlərin tezliyi də fərqli deyil" - deyə, o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti