...

Bakıda bəzi tikinti materialları ucuzlaşıb

Cəmiyyət Materials 22 Noyabr 2021 20:33 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Oktyabr ayında Bakıda bir sıra tikinti materiallarının qiymətində ucuzlaşma qeydə alınıb.

Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətindən məlumat verilib.

Ötən ay dəmir məmulatlarının qiymətində 2,17 faiz ucuzlaşma qeydə alınıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə bu məmulatların qiyməti 21,74 faiz bahalaşıb.

Taxta məmulatlarının qiymətində isə ucuzlaşma 4,35 faiz təşkil edib, illik müqayisədə isə 54,35 ucuzlaşma qeydə alınıb.

Daş məmulatlarının, dam örtüklərinin, sementin və qumun qiymətləri isə sabit qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti