...

Bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir - Əhməd İsmayılov

Cəmiyyət Materials 9 Dekabr 2021 11:45 (UTC +04:00)
Bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir - Əhməd İsmayılov

Bakı. Elçin Mehdiyev - Trend:

Bəzi media subyektləri feyk xəbərlərlə reytinq toplamağa çalışır ki, bu da peşəkar KİV-lərin fəaliyyətinə mənfi təsir edir.

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, peşəkar media subyektləri birgə səylər göstərərək bu cür mənfi halların qarşısını ala bilər: “Biz cəmiyyətimizi çaşdırıcı informasiayalardan qorumalıyıq. Peşəkar media subyektləri olaraq cəmiyyətin məlumatlılığını artırmalıyıq”, - deyə Ə.İsmayılov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti