...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 9 Dekabr 2021 16:34 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 060 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 733, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 358, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 969 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 806 373, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 110 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 605 616, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 089 819 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti