...

Mövlud Çavuşoğlu “Dubay EXPO 2020” ümumdünya sərgisində Azərbaycan Pavilyonuna baş çəkib (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2021 21:28 (UTC +04:00)
Mövlud Çavuşoğlu “Dubay EXPO 2020” ümumdünya sərgisində Azərbaycan Pavilyonuna baş çəkib (FOTO)

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində “Dubay EXPO 2020” ümumdünya sərgisində Azərbaycan Pavilyonuna baş çəkib.

Nazir Azərbaycan Pavilyonunda nümayiş etdirilən ölkəmizə məxsus sərgi nümunələri ilə tanış olub.

M.Çavuşoğlu pavilyonun xatirə kitabına ürək sözlərini yazıb:

“Bu gün “Dubay EXPO” ziyarətimdə Can Azərbaycanın pavilyonuna baş çəkməkdən məmnun oldum. Hərtərəfli şəkildə Azərbaycanı təqdim edən pavilyon üçün təbrik edirəm. Bir millət, iki dövlət, Türkiyə-Azərbaycan”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti