...

Beynəlxalq qiymətləndirmələrdə şagirdlərin nəticələri yaxşılaşıb - Təhsil İnstitutu

Cəmiyyət Materials 20 Dekabr 2021 11:57 (UTC +04:00)
Beynəlxalq qiymətləndirmələrdə şagirdlərin nəticələri yaxşılaşıb - Təhsil İnstitutu

Bakı. Çingiz Səfərli - Trend:

Bütün beynəlxalq qiymətləndirmələrdə şagirdlərin son illərdəki nəticələri yaxşılaşıb.

Trend-in məlumatına görə, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O qeyd edib ki, bu gün ölkədə minlərlə şagird Təhsil İnstitutunun hazırladığı ehtiyat dərslikləri oxuyur. Müəllimlər də həmin dərsliklərlə bağlı fikirlərini bildirir: "Bütün bunlar işin miqyasına təsir edir. Bütün beynəlxalq qiymətləndirmələrdə şagirdlərin son illərdəki nəticələri yaxşılaşıb. Olimpiadalara əlçatanlığın olması ilə bağlı institutun fəaliyyəti müsbətdir", - direktor vurğulayıb.

Direktor əlavə edib ki, institut gələcəkdə özünün elm və innovasiya yönümlü potensialını daha da artırmalıdır: "Təhsilin bütün pillələrində müxtəlif tərəflərlə tədqiqat və təlimatlar bölüşdürülməlidir. Həmin tədqiqatlardan irəli gələn pilot layihələrin hədəfi tədricən təhsil sisteminə daxil olmalıdır. Təhsil ictimai prosesdir və tərəflər arasında müzakirələr aparılmalıdır", - R.Əzizov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti