...

Bağçada azyaşlını döyən uşağın xalası olub, işdən uzaqlaşdırıldı (VİDEO)

Cəmiyyət 14 Yanvar 2022 10:31 (UTC +04:00)
Bağçada azyaşlını döyən uşağın xalası olub, işdən uzaqlaşdırıldı (VİDEO)

Bakı. Fərid Zöhrabov - Trend:

İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını döyən tərbiyəçi işdən uzaqlaşdırılıb.

Bunu Trend-ə İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev bildirib.

O qeyd edib ki, tərbiyəçi Zülfiyyə Baxışova həmin uşağın doğma xalasıdır. "Bu gün uşağın psixoloji durumunu yoxlamaq üçün psixoloq məşğul olacaq", - deyə R.Əliyev bildirib.

Qeyd edək ki, hadisə İsmayıllı rayonunun 1 saylı uşaq bağçasında baş verib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bilidirb ki, sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb.

Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti