...

Milli Hematologiya və Transfuziologiya Mərkəzinə 20 adda dəyəri yüksək dərmanlar verilib

Cəmiyyət 21 Yanvar 2022 19:15 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qan xərçəngindən əziyyət çəkən xəstələr üçün 20 adda dəyəri yüksək və ən çox tələb olunan dərman preparatları təhvil verilib. Beləliklə, mərkəzə verilən dərmanların sayı 38-ə çatıb.

Agentlikdən Trend-ə bildirilib ki, Dərman preparatlarının təminatı “Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” (Tədbirlər Proqramı) çərçivəsində həyata keçirilir.

Tədbirlər Proqramına dair dərman vasitələrinin təminatı Agentlik tərəfindən keçirilmiş açıq tenderlərin nəticələrinə uyğun olaraq həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti