...

Jurnalistlər məlumatlarla təmin edilməlidir - Əhməd İsmayılov

Cəmiyyət 24 Yanvar 2022 11:05 (UTC +04:00)
Jurnalistlər məlumatlarla təmin edilməlidir - Əhməd İsmayılov

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda jurnalistlər məlumatlarla təmin edilməlidir. Mediamız bu gün Zəfərlə bağlı faktları işıqlandırır, fədakarlıq göstərən şəxsləri ictimaiyyətə tanıdır. Amma bu proses çox təkmil olmalıdır.

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media nümayəndələri üçün postmünaqişə dövrü ilə bağlı keçirilən təlimdə deyib.

Ə.İsmayılov jurnalistlərin Vətən müharibəsində böyük fədakarlıq göstərdiklərini diqqətə çatdırıb. "Hətta onların arasında şəhid olanlar da oldu. Mediamız peşakar davranmalıdır. Eyni zamanda, media nümayəndələrimiz zəruri məlumatlarla təmin edilməlidir”, - deyə o bildirib.

Ə.İsmayılov əlavə edib ki, MEDİA sahə jurnalistikasının inkişafında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti