Bakı. Trend:
Bolqarıstan Respublikasının Prezident Rumen Radev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi ilə görüşüb.
Müasir dünyada yaşanan qlobal və regional təhlükəsizliyə olan təhdidlərin həlli siyasi liderlər arasında davamlı dialoq və qarşılıqlı anlaşma yolu ilə mümkündür. Bu mövqeyi Prezident Rumen Radev və Bolqarıstanda səfərdə olan “Nizami Gəncəvi” Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov bildiriblər. Bolqarıstan Respublikası Prezidentin həyat yoldaşı xanım Desislava Radevanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublilasının enerji təhlükəsizliyində oynadığı rolu və Azərbaycan Respublikasının I Vitse-Prezidentinin himayəsi ilə Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasının əhəmiyyəti qeyd olunmuşdur.
Mərkəzin beynəlxalq gündəlikdəki ən aktual məsələlərin müzakirəsi üçün platforma kimi formalaşdığı qeyd olunaraq, beynəlxalq təşkilatlarla birgə keçirilən tədbirlər proqramı müzakirə edildi.
Rövşən Muradov Prezident Radevi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi ənənəvi Qlobal Bakı Forumuna dəvət edib.
Dövlət başçısı müxtəlif mədəniyyətlərin firavanlığı və qarşılıqlı qəbulu naminə dialoq və tolerantlığın yaradılmasında təşkilatın rolunu qeyd edib.
Görüş zamanı Bolqarıstan Prezidenti cənab Rumen Radev və Nizami Gəncəvi mərkəzinin baş katibi hal hazırda yaşanan humanitar böhran, Ukrayna müharibəsinin Avropa və dünya üçün nəticələri və riskləri müzakirə ediblər.