...

Şəkidə səyyar qəbullara start verilib (FOTO)

Cəmiyyət Materials 12 Mart 2022 12:11 (UTC +04:00)

Bakı. Trend:

Məlum olduğu kimi, ölkədə epidemioloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2022-ci il martın 6-dan etibarən bir sıra məhdudiyyətlər aradan qaldırılmış, o cümlədən dövlət orqanlarında vətəndaşların yerində və fərdi qaydada qəbuluna icazə verilib.

Şəki İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, artıq bütün rayon və şəhərlərdə olduğu kimi Şəkidə də rayon rəhbərliyi tərəfindən həm şəhər İH binasında, həm də rayonun kəndlərində əhalinin qəbulu həyata keçilir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ilk görüşlərini Şəkinin Baş Zəyzid və Qoxmuq kəndlərinin sakinləri ilə keçirmişdir. Səyyar qəbullarda başçının müavinləri, aparatın şöbə müdirləri və kənd sakinləri iştirak etmişlər. Qəbul zamanı, icra başçısı çıxış edərək son müddət ölkəmizdə həyata keçirilən mühüm tədbirlərdən söz açmış, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.

Qəbullar zamanı kənd sakinləri çıxış edərək yeni yaşayış massivlərində tikilmiş fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsi, uşaq bağçasının əsaslı təmiri, EATS-ə əlavə telefon nömrələrinin verilməsi, kəndlərin sürətli internetlə təmin olunması və sair məsələləri xahiş etmişlər.

Sonda icra başçısı qaldırılmış məsələlərlə bağlı tapşırıqlarını vermiş və tövsiyələrini bildirmişdir.

Xəbər lenti

Xəbər lenti