...

Azərbaycanda yaşıl koridorların yaradılması davam edir (FOTO)

Cəmiyyət Materials 23 Mart 2022 17:23 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yaşıl koridorların yaradılması davam edir.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Trend-ə bildirib ki, ölkə ərazisində qeyri-iş günləri olmasına baxmayaraq, nazirlik yaz ağac əkini çərçivəsində ağacəkmə tədbirlərini həyata keçirməkdədir.

“Bu sırada Abşeron yarımadasında yaşıl koridorların yaradılması işi davam etdirilir. Hazırda Xocasəndə yolla göl arasındakı sahədə, 60 hektar ərazidə yaşıllıq zolağının salınmasına başlanıb. Son üç gün ərzində həmin ərazidə 3 mindən artlq, yerli iqlimə uyğun ağac əkmişik. Qeyd edim ki, son iki ildə Xocasən gölü ətrafında yolun sol tərəfində olan "Meyvəli" ticarət mərkəzindən Moskva Dövlət Universitetinin Bakı Filialına tərəf gedən yolun 75 hektarında ağaclar əkilib və geniş bir yaşıl koridor salınıb.

Digər bir yaşıllaşdırma layihəsi Müşfiqabad qəsəbəsindədir, burada 50 hektara yaxın ərazi müəyyənləşib. Yaz mövsümü ərzində həmin ərazinin də yaşıllaşdırılması nəzərdə tutulub“, - deyə nazir müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti