...

Dağ kəndlərində qarın elektrik təsərrüfatında yaratdığı qəzalar aradan qaldırılır (VİDEO)

Cəmiyyət Materials 24 Mart 2022 13:06 (UTC +04:00)
Dağ kəndlərində qarın elektrik təsərrüfatında yaratdığı qəzalar aradan qaldırılır (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qarlı, şaxtalı havada elektrik enerjisinin verilişində yaranan qəzalar aradan qaldırılır.

"Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, xüsusilə güclü qar yağan ucqar dağ kəndlərində işlərin çətinliyinə baxmayaraq, tapşırıqlar icra edilir.

Yardımlıda "Azərişıq" əməkdaşları 1 metrdən çox hündürlüyü olan qarın içində rayonun Dağ üzü kəndinə gedən yüksəkgərginlikli xətdə baş verən qəzanı aradan qaldırmağa çalışıblar. Hansı ki, məlum hava şəraiti səbəbindən həmin ərazidə avtomobillərin hərəkəti məhdudlaşıb.

Lerikdə də 35/10 kV-luq Lerik yarımstansiyasından çıxan eyniadlı xətdə baş verən kəsinti ilə bağlı qurum əməkdaşları səfərbər edilib və qəzanın nəticələri aradan qaldırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti