Bakı. Trend:
Bayram və istirahət günləri də daxil olmaqla, 2022-ci il martın 19-dan 27-dək 9 gün ərzində Bakı Metropoliteni 3 milyon 243 min 851 sərnişin daşıyıb.
Bunu Trend-in sorğusuna cavab olaraq metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, orta hesabla gün ərzində 360 min 428 daşınıb. Ən çox sərnişin (421 min 96 sərnişin) martın 19-da, ən az sərnişin isə (215 min 703 nəfər) martın 20-də daşınıb.