...

Tullantıların qalaqlandığı küçə təmizlənib

Cəmiyyət Materials 4 Aprel 2022 11:27 (UTC +04:00)
Tullantıların qalaqlandığı küçə təmizlənib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabad şəhəri, İlham İsgəndərov küçəsində tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Trend xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, tullantıların qalaqlandığı ərazi Xidmət əməkdaşlarının nəzarəti altında Sabirabad bələdiyyəsinin işçiləri tərəfindən təmizlənib.

“Ərazinin nəzarətə götürülməsi məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müraciət olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti