Bakı. Trend:
Xətai rayonundakı 171 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim-infeksionisti Emilya Şahbazova narkotik istifadəçiləri arasında geniş yayılan İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) infeksiyası, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat veriblər.
Tədbirdə çıxış edənlər nakomaniyanın acı fəsadlarından, narkotik təsir altına düşənlərin öz arzularından kənarda qalmasından, ailə faciələrindən söhbət açıb. Bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın insan sağlamlığına vurduğu ziyan, törətdiyi fəsadlarla bağlı öz fikirlərini səsləndiriblər.
Sonda şagirdlərin maraqlandıran suallar cavablandırılıb.