...

Bu gün ölkəmizdə ikinci Qədr gecəsidir

Cəmiyyət Materials 21 Aprel 2022 00:05 (UTC +04:00)
Bu gün ölkəmizdə ikinci Qədr gecəsidir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda ikinci Qədr (Əhya) gecəsidir.

Trend xəbər verir ki, ilk Qədr gecəsi aprelin 19-dan 20-nə keçən gecəyə təsadüf edib.

Ramazan ayının ikinci Qədr gecəsi aprelin 21-də, üçüncüsü aprelin 23-də və sonuncusu aprelin 27-də olacaq.

Qeyd edək ki, Qədr gecəsi "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti