...

Elnur Rzayev müalicədən qayıdan 93 yaşlı şəhid atasını evində ziyarət edib (FOTO)

Cəmiyyət Materials 4 May 2022 18:01 (UTC +04:00)

Bakı. Trend:

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən mütəmadi olaraq ziyarət olunur.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və qurumun məsul əməkdaşları Çarxı kəndində şəhid Cəlal İslamovun atası Ağahüseyn İslamovu müalicədən qayıtdıqdan sonra evində ziyarət edib. İcra başçısı 93 yaşlı Ağahüseyn İslamovun səhhəti ilə maraqlanıb.
Görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində xalqımızın Vətən müharibəsində qazandığı qələbədən danışılıb. Bu qələbə sayəsində 30 illik Vətən həsrətinə son qoyulduğu qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi Qələbəyə görə şəhidlərə borclu olduğumuzu, onlarla daim qürur duyduğumuzu xüsusi vurğulayıb.

Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərildiyini, bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən icra başçısı Xaçmaz rayonunda bu qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini diqqətə çatdırıb.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya, maddi və mənəvi köməyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti