...

Şuşadakı beynəlxalq festival Azərbaycanın və dünya xalqlarının unikal ənənələrini nümayiş etdirir - Dominikalı kulinar (FOTO)

Cəmiyyət Materials 6 May 2022 20:47 (UTC +04:00)
Şuşadakı beynəlxalq festival Azərbaycanın və dünya xalqlarının unikal ənənələrini nümayiş etdirir - Dominikalı kulinar (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada birinci Beynəlxalq Kulinariya Festivalı Azərbaycanın və dünya xalqlarının unikal ənənələrini nümayiş etdirir.

Bunu Trend-ə məşhur dominikalı kulinar, beynəlxalq ekspert Samuel Arturo Mendes Morel deyib.

"Festival xoş təəssürat oyadır və müxtəlif dünya mətbəxlərindən ən parlaq emosiyaları ortaya çıxarır. Mən Azərbaycanı koloritli təbiəti və memarlığı, dadlı mətbəxi və xüsusilə də mehriban insanları olan ölkə kimi tanıdım. Şuşa isə mənim üçün yeni kəşf oldu. Burada çox gözəl dağlar, təmiz hava və müsbət atmosfer var", - deyə o bildirib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti