...

Şuşadakı beynəlxalq festival Azərbaycanın gücünü əks etdirir - Perulu ekspert

Cəmiyyət Materials 7 May 2022 19:10 (UTC +04:00)
Şuşadakı beynəlxalq festival Azərbaycanın gücünü əks etdirir - Perulu ekspert
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada keçirilən birinci Beynəlxalq Kulinariya Festivalı Azərbaycanın iqtisadi inkişafının və beynəlxalq əlaqələrinin yüksək səviyyəsini, qüdrətini əks etdirir.

Bu barədə Trend-ə tanınmış beynəlxalq kulinariya mütəxəssisi, perulu qastrodiplomat Qilyerme Qonsales bildirib.

"Belə səviyyədə irimiqyaslı tədbirlərin keçirilməsi böyük zəhmət və peşəkarlıq, beynəlxalq təcrübə tələb edir. Şuşadakı beynəlxalq kulinariya festivalı çox yüksək səviyyədə təşkil olunub, burada təkcə dünya xalqlarının mətbəxləri və maraqlı mədəni proqram təqdim edilmir, tanınmış kulinariya mütəxəssisləri və mütəxəssisləri iştirak edir, həm də milli dəyərlər təbliğ olunur, bu da müasir dövrdə sülh və inkişaf yolunda ölkələrin möhkəmlənməsində, yaxşı münasibətlərin qurulmasında çox mühüm əhəmiyyət kəsb edir", - deyə qastrodiplomat bildirib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti