...

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri ADU-da tələbələrlə görüşüb (FOTO)

Cəmiyyət Materials 11 May 2022 18:43 (UTC +04:00)
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri ADU-da tələbələrlə görüşüb (FOTO)

Bakı. Trend:

Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayevin Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşü olub.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ADU-nun rektoru, akademik Kamal Abdulla Təhsil Tələbə Krediti Fondunun yaradılmasının əhəmiyyətindən danışıb. Rektor bildirib ki, fondun təsis edilməsi dövlətin gənclərə olan qayğısının, diqqətinin bariz nümunəsidir.

Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev ADU-nun tələbələri ilə görüşməkdən məmnun olduğunu deyib və Fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. O, əlavə edib ki, fondun fəaliyyəti ölkə üzrə 44 ali təhsil müəssisəsini və 55 orta-ixtisas təhsil müəssisəsini əhatə edir:

“Fondun fəaliyyəti qeyd olunan sayda təhsil müəssisəsində ödənişli və əyani təhsil alan tələbələri əhatə edir. Ölkə üzrə təxminən 266 min nəfər tələbə təhsil alır. Onlardan 146 min nəfəri ödənişli təhsil alır. Krediti almaq üçün tələbə girov, zamin, borcalan və s. heç bir öhdəliklə yüklənmir”.

Araz Paşayevin əlavə edib ki, Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, onlar üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Görüşdə mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti