...

Dünyada koronavirusa yoluxmaların sayı 10 %-dən çox azalıb

Cəmiyyət Materials 12 May 2022 08:26 (UTC +04:00)
Dünyada koronavirusa yoluxmaların sayı 10 %-dən çox azalıb

Bakı. Trend:

Son bir həftə ərzində dünyada koronavirusa 3,5 milyondan çox insan yoluxub, 12 mindən çox insan dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı həftəlik məlumatda deyilir. Qeyd olunur ki, əvvəlki həftə ilə müqayisədə yoluxanların sayı 12%, ölənlərin sayı isə 25% azalıb.

Belə ki, təşkilata 3 546 069 yoluxma və 12 025 ölüm halı barədə məlumat daxil olub.

Həftə ərzində yoluxnaların sayında ən böyük artım ABŞ-da qeydə alınıb - 451 414 nəfər.

ÜST-ün məlumatına görə, hazırda koronavirusun "omikron" ştammı dominant variant olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti