...

Qaradağın bu qəsəbəsində məktəb yoxdur - Şagirdlər qonşu qəsəbələrə üz tutur

Cəmiyyət Materials 16 May 2022 11:57 (UTC +04:00)
Qaradağın bu qəsəbəsində məktəb yoxdur - Şagirdlər qonşu qəsəbələrə üz tutur
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qaradağ rayonunun Şonqar qəsəbəsində orta məktəb yoxdur. Sakinlərin sözlərinə görə, təhsil ocağı olmadığı üçün şagirdlər qonşu qəsəbələrdəki məktəblərə üz tuturlar. Bu isə onlara heç də asan başa gəlmir. Artıq bəzi valideynlər övladlarını məktəbə göndərmək istəmir.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən bildirildi ki, Qaradağ rayonunun Şonqar yaşayış massivi Qızıldaş qəsəbəsindəki 180 nömrəli tam orta məktəbdən təxminən 2 kilometrlik məsafədə yerləşir.

"Şonqar yaşayış massivində 2004-cü ilə qədər 180 nömrəli tam orta məktəbin 2 ibtidai sinfi fəaliyyət göstərib. Sonradan həmin siniflərdə şagird sayının azlığı səbəbindən 180 nömrəli tam orta məktəbin əsas binasında siniflərin komplektləşdirilməsi zərurəti yaranıb.

Qeyd edək ki, Şonqar yaşayış massivində məktəb tikintisi ilə bağlı əsaslı ehtiyac yaranarsa, məsələyə müvafiq qaydada baxıla bilər", - nazirliyin açıqlamasında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti