...

Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər xəstəxanaya müraciət edib, 6 nəfər ölüb

Cəmiyyət Materials 2 İyun 2022 09:35 (UTC +04:00)
Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər xəstəxanaya müraciət edib, 6 nəfər ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

May ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-ə açıqlamasında bildirib ki, onlardan 137-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 70-i dərmandan, 21-i sirkə turşusundan, 6-sı dəm qazından, 1-i göbələkdən, 12-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Həmçinin onlardan 9-nu ilan, 2-ni isə həşərat sancıb.

Zəhərlənən şəxslərin 56-sı qadın, 61-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 137 nəfərdən 6-sı (3-ü kişi, 3-ü qadın) dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti