...

Qalxanabənzər vəzidə problemlərin olması hansı fəsadlara səbəb ola bilər?

Cəmiyyət Materials 3 İyun 2022 12:20 (UTC +04:00)
Qalxanabənzər vəzidə problemlərin olması hansı fəsadlara səbəb ola bilər?

Trend-i buradan izləyin

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Naidə Novruzova “Həkim məsləhəti” rubrikasında “Qalxanabənzər vəzidə problemlərin olması hansı fəsadlara səbəb ola bilər” sualını cavablandırıb.

Tiroid problemləri böyüklərdə və uşaqlarda, kişilərdə və qadınlarda rast gəlinir. Qalxanabənzər vəzi bütün sistemlərin işinə təsir göstərir və müxtəlif bioloji proseslərdə iştirak edir, buna görə də onun patologiyaları ateroskleroz, sonsuzluq və digər xəstəliklərin inkişafına qədər ciddi ağırlaşmalara səbəb ola bilər.

Buna görə də, ağırlaşmaların qarşısını almaq üçün tiroid pozğunluqlarını vaxtında aşkarlamaq vacibdir. Patologiyaların simptomları onların gedişatının xüsusiyyətlərindən, baş vermə səbəblərindən asılıdır. Müalicə olunmadıqda çəkinin artmasına və ya əksinə azalmasına səbəb olur, sonsuzluğa, əqli zəif uşaqların doğulmasına, ürək-damar xəstəliklərinin inkişafına səbəb olur, insanın həyat keyfiyyətini azaldır, əsəb sisteminə önəmli təsir göstərir.

Xəbər lenti

Xəbər lenti