...

ABŞ digər ölkələrdən gələn turistlər üçün COVID-19 testini ləğv edəcək

Cəmiyyət Materials 11 İyun 2022 00:48 (UTC +04:00)

Bakı. Trend:

ABŞ administrasiyası ölkəyə gələn turistlər üçün koronavirus ilə bağlı məcburi "PCR" testi tələbinin ləğv edildiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə "The Hill" qəzeti xəbər verib.

"ABŞ Xəstəliklərə Nəzarət və Profilaktıkası Mərkəzləri elmi məlumatlara əsaslanaraq, bu tələbin hazırda lazım olmadığına dair qərar verib", - deyə ABŞ prezident administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

Eyni zamanda o, epidemioloji vəziyyətin kəskin pisləşdiyi halda tələbin geri qaytarıla biləcəyini vurğulayıb.

Amerika turizm sənayesinin nümayəndələri testin ləğvi üçün fəal şəkildə çıxış edirdilər.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti