Bakı. Trend:
"Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi üzrə növbəti 45 yeni sinif açılıb.
Bu barədə Trend-ə Təhsil Nazirliyindən xəbər verilib.
Bununla da siniflərin sayı 80 məktəbdə 124-ə, şagird sayı isə 2200-ə çatdırılıb. Həmçinin cari tədris ilindən bütün məktəblərdə “STEAM” modulunun tətbiqi, 35 məktəbdə “Sürücülük” modulu və 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq edilib.