...

Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı valideynlərin nəzərinə!

Cəmiyyət Materials 20 İyun 2022 12:50 (UTC +04:00)
Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı valideynlərin nəzərinə!
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna start veriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti