...

Ombudsmanın nümayəndəsi erkən uşaqlıq dövründə inkişafa dair seminarda iştirak edib (FOTO)

Cəmiyyət Materials 2 İyul 2022 17:31 (UTC +04:00)
Ombudsmanın nümayəndəsi erkən uşaqlıq dövründə inkişafa dair seminarda iştirak edib (FOTO)

Bakı. Trend:

30 iyun – 1iyul 2022-ci il tarixlərində Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azərbaycanda Erkən Uşaqlıq Dövründə İnkişafın (EUDİ) sektorlararası koordinasiyası üçün yol xəritəsi üzrə milli seminar keçirilib.

Seminarda Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Milli Məclisin üzvü Soltan Məmmədov, UNICEF-in Azərbaycandakı Nümayəndəsi Aleks Heykens, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmiləri, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi, EUDİ üzrə texniki işçi qrupunun üzvləri, həmçinin beynəlxalq ekspert Lilia Celamşi iştirak edib.

Seminarda Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva EUDİ üzrə texniki işçi qrupunun üzvü olaraq təqdimatla çıxış edib, erkən uşaqlıq dövründə inkişafa dair ölkədə mövcud vəziyyətin təkmilləşdirilməsi üçün zəruri olan tədbirləri, həmçinin bu sahədə Müvəkkilin illik məruzələrində əks olunmuş təklifləri səsləndirib.

Tədbir iştirakçıları bu sahədə görülən işləri, mövcud çatışmazlıqları, qeyd olunan yol xəritəsinə dair təklifləri əks etdirən təqdimatlar edib, mövzu üzrə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti