...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 6 İyul 2022 16:32 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 140 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 541, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 188, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 254, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 157 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 776 901, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 358 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 859, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 313 744, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 032 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti