Bakı. Trend:
“Bakı Metropoliteni” QSC metropolitendə gedişhaqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir.
Bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, gedişhaqqı ilə bağlı Bakı metropoliteni Tarif Şurasına müraciət etməyib.
"Ümumiyyətlə, bildirmək istəyirik ki, “Bakı Metropoliteni” QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən, maliyyə hesabatını təqdim edir. Bununla belə, gedişhaqqı qiymətlərinə yenidən baxılaraq tənzimlənməsi barədə “Bakı Metropoliteni” QSC-dən aidiyyəti qurumlara müraciət ünvanlanmayıb", - B. Məmmədov deyib.